Xaçmaz sakinləri yaxın günlərdə “Zəfər parkı”nda istirahət edəcəklər. Bu barədə 30 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Heydər Əliyev prospektində yeni inşa olunan parkın tikintisi yekunlaşmaq üzrədir. Əldə etdiyimiz məlumata görə, açılışı 8 noyabr – Zəfər gününə planlaşdırılıb.

Ümumi sahəsi 4 hektar olan parkın 1,5 hektarı yaşıllıq zonasına ayrılıb. Burada muzey, kitab evi, süni göl, səhnə, idman qurğuları və digər istirahət guşələri yerləşəcək. Ən əsası isə “Dəmir yumruq” abidəsi quraşdırılacağı deyilir. O, Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüş əməliyyatlarının rəmzidir.

Əvvəllər burada keçmiş “Konserv Kombinatı”nın Səməd Vurğun adına istirahət parkı yerləşirdi. Lakin son 19 il bu ərazi istifadə olunmurdu.

Foto Shimal.news