Xaçmaz rayonu Nabran qəsəbəsində güclü külək bir sıra fəsadlar törədib. Bu barədə 30 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Tel kəndinə gedən yolda şiddətli külək və yağış zamanı ağac qırılaraq qaz borusunun üstünə düşüb. Nəticədə boru əzilib.

Oxşar hadisə, qəsəbənin mərkəzi küçələrindən birində (xəstəxananın yanındakı məhəllə adlan ərazidə) güclü külək səbəbindən ağac qırılaraq yola aşıb, avtomobillərin hərəkətinə mane olub.

Daha öncə, Xaçmaz rayonunda güclü yağış və külək bir sıra fəsadlar törədilmişdir.

Foto Shimal.news

Foto Shimal.news