Qubalı məzunlar Prezident təqaüdünə layiq görülüblər. Bu haqqda 30 sentyabr tarixində məlum olub.
Dövlət İmtahan Mərkəzi sərəncamı imzalanmış siyahını təqdim edib. Bağbanlı kənd tam orta məktəbindən Anar Mustafayev və Rustov kənd tam orta məktəbindən Rəvan Sultanov təqaüd alanların siyahısındadırlar. Onlara hər ay 210 manat vəsait ayrılacaq.
2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş 102 tələbəyə Prezident təqaüdü veriləcək.