Şimalda gömrükçülər yük avtomobillərində gizlədilən tütün məmulatları və spirtli içkilər aşkar ediblər. Bu barədə 30 sentyabrda Dövlət Gömrük Komitəsi məlumat verib.

Rusiya Federasiyası istiqamətindən, “Samur” gömrük postuna daxil olan “MAN” və “Volvo” markalı yük avtomobilləri saxlanılıb.

Yoxlama zamanı gizlədilən və bəyan edilməyən, 1720 ədəd “Parliament Heets” markalı siqaret və 12 ədəd spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.