ADPU-nin Quba filialında tanışlıq tədbiri keçirilib

30 Sentyabr 2021, 18:15

ADPU RƏSMİ SƏHİFƏSİNDƏN

500-dən yuxarı bal toplayanlar iştirak ediblər

Qubanın ADPU-ə qəbul olunan I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib. Bu barədə 30 sentyabr məlum olub.

Tədbir açıq havada filialın direktoru Yusif Alıyevin, professor və müəllim heyətinin, həmçinin tələbələrin iştirakı ilə keçirilib. Burada ilk öncə Vətən müharibəsi Şəhidlərinin xatirəsi anılıb.

“Azərbaycan dövlətini, millətimizin çox böyük xoşbəxt, fəxarətli tələbələrisiniz ki, l kursu qalib dövlətin Zəfər qazanmış dövlətin tələbələri kimi siz ali təhsil müəssisəsinə qədəm basacaqsınız”-, çıxışında dosent Yusif Alıyev söyləyib.

Sonda filiala 500-dən yuxarı bal toplayaraq qəbul olunan I kurs tələbələri:

Ağaliyeva Nərmin Elnur oğlu, Məmmədova Zəhra Telman qızı, Qeybullayeva Ləman Faiq qızı, Qadiyeva Sevinc Xəlilulla qızının təhsil aldıqları orta məktəblərin rəhbərlərinə minnətdarlıq məktubları təqdim edilib.

Daha sonra tələbələr universiteti gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olub, ilk dərsə başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.