İşlərin 10 gün əzində yekunlaşacağı gözlənilir
Xaçmazda mərkəzi küçələrinin birində binanın damı bərpa edilir. Bu barədə 29 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Nəriman Nərimanov küçəsində yerləşən bina 70-də təmir-tikinti işləri aparılır. İşçilərin sözlərinə görə, 10 gün ərzində damın təhvil veriləcəyi planlaşdırılır. İşlərin tam yekunlaşacağı müddət hava şəraitindən aslı olduğu bildirilib.
Bu binanın damını külək iki dəfəyə hissə-hissə qoparmışdır. Nəticədə xəsarət alan olmamışdır. Yalnız yolda tıxaclar əmələ gəlmişdir.