Xaçmaz: güclü yağış və külək fəsadlar törədib

29 Sentyabr 2021, 16:45

Foto Shimal.news

Rabitə xətlərinin dirəkləri qəzalı vəziyyətdə

Xaçmaz rayonunda güclü yağış və külək bir sıra fəsadlar törədib. Bu barədə 29 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Xudat şəhərində, 3-cü şöbə adlanan əraziyə gedən yolda rabitə xətlərinin dirəkləri qəzalı vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, dirəklər əyilib və bu hal ətrafa təhlükə yaradır.

Güclü külək səbəbindən Xaçmazın Nabran qəsəbəsində oxşar hadisə baş verib. Qəsəbənin Lenin küçəsində işıq dirəyi aşıb. Xəsarət alan olmayıb.

Daha öncə, Quba rayonunun Məçkə-xacə kəndində işıq dirəklərinin yararsız halda olduğu barədə məlumatı dərc etmişdik.

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.