Qusar: “Quxuroba” filmi yenə mükafata layiq görülüb

29 Sentyabr 2021, 17:31

Foto açıq mənbələrdən

Film 21 dəqiqə davam edir

“Quxuroba” filmi daha bir mükafata layiq görülüb. Bu barədə ShimalNews 29 sentyabr tarixində Azərtac-a isitnadən xəbər verir.

Bişkek şəhərində MDB ölkələri gənc rejissorlarının IX “Umut” kinoforumu keçirilib. Burada azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Qısametrajlı film 21 dəqiqə ərzində Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir.

Bundan öncə, sözügedən film European Short Pitch, Image Production, Mastering, Distribution mükafatlarının qalibi olub. Həmçinin dünyanın ən nüfuzlu festivallarından olan Sarayevo Film Festivalında iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.