Qubada 400 ildən artıq yaşı olan ağac var. Bu barədə 29 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
El arasında bu kimi ağacları “Xan çinarı” adlandırırlar. Onlar nadir və məhv olunmaq təhlükəsi olan bitki növlərinə aiddirlər. İqrik kəndində çinarın təxmini 408 yaşı var. Onun diametri 185 santimetr və hündürlüyü 30 metrdir.
Sakinlərin sözlərinə görə, camaat bu ağaca böyük hörmətlə yanaşır. Bura qonaq gələn hər kəs ağacı mütləq ziyarət edir.
Azərbaycanın “Qırmızı Kitab”ında nəsli kəsilməkdə olan təxmini 300 bitki növü var. Onlar əsasən dağlıq və dağətəyi zonada bitir.
