Qubada şəhərin mərkəzində olan yol yararsız vəziyyətdədir. Bu barədə 29 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Heydər Əliyev prospektində yerləşən bazarın ətrafında olan yola neçə ildir ki, asfalt çəkilmir. Sakinlərin sözlərinə görə, bu bazara gedən əsas yol sayılır. Yağıntılar zamanı qeyd olunan ərazidə hərəkət çətinləşir.
Daha öncə, Qubada digər küçənin yolu haqqında məlumat vermişdik.