Xudatda şəhidin xatirə lövhəsi quraşdırılıb . Bu barədə 28 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin 2-ci şöbəsində yolun kənarında İlham Rəşidovun əziz xatirəsinə lövhə qoyulub. İş yenicə başa çatıb. Xatırladaq ki, 27 sentyabr 2020-ci il tarixində Xudat şəhərinə gətirilmiş birinci şəhid olub.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Quba rayonundan – 48, Qusar rayonundan – 36, Xaçmaz rayonundan 45 hərbi qulluqçu Şəhid olub.