Xaçmazda çəki ilə mallar satan dükan fəaliyyət göstərir. Bu barədə 28 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Mağaza şəhərin Nəriman Nərimanov küçəsində açılıb. Hər gün 9:00-dan 21:00-dək fəaliyyət göstərir. Burada bir kiloqram qarışıq mallar 16 manat, uşaq oyuncaqları 10 manata və bəzi az sayda əşyaların tək-tək satışı həyata keçirilir.
Daha öncə, Xaçmazda böyük ticarət mərkəzi endirim kampaniya keçirməsi haqqında məlumat vermişdik.
