Faktla bağlı cinayət işi başlanıb
Xaçmazda tanışını öldürmək istəyən şəxsə cinayət işi başlanılıb. Bu barədə 28 sentyabr tarixində “APA” məlumat verib.
Rayon sakini Teymur Mustafayev 25 sentyabr tarixində bıçaq xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdir.
Zərərçəkmişin tanışı Neman Rəhmətullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Mustafayevi bıçaqla 5 zərbə vurub xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmişdir.
26 sentyabr tarixində Neman Rəhmətullayev könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.
Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.