Quba və Xacmaz şəhərlərində narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə 28 sentyabr tarixində Dövlət Komissiyasının İşçi qrupu məlumat verib.
Ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitə sədrləri üçün tədbir cari ilin oktyabr ayında keçiriləcək.Təşkilatçılığı İşçi Qrupu həyata keçirəcək.
Görülən işlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın və Dövlət Komissiyasının müvafiq qərarlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Əlavə olaraq qeyd olunan şəhərlər üzrə müvafiq komissiyaların üzvləri ilə görüşlər keçiriləcək. Onlarla müzakirələrin aparılması və onlara metodiki köməkliyin göstərilməsi və zəruri təbliğat materiallarının təqdim olunması planlaşdırılmışdır.