Şimalda qış ərəfəsində qaz təminatında çətinliklər var. Bu barədə 28 sentyabr tarixində ShimalNew-un oxuyucularının etdikləri müraciətləri əsasında məlum olub.

İzləyicilərimiz ən çox aşağıda sadalanan ərazilərdən məlumat verir:

Xaçmazın Moruqoba, 61-ci ərazi, Hacıəhmədoba, Zuxuloba, Ukuroba və Düztahiroba kəndlərindən.

Qusarın Yuxarı Ləgər, Yasab, Ləgərqışlaq, Yuxarı Zeyxur və Suvacal kəndlərindən.

Qubanın Qaraçay və Paşaoba kəndlərindən.

Sakinlərin sözlərinə görə, uzun illərdir ki, məsələ həllini tapmır. Qaz xətti çəkilmir və hətta xətt olduğu halda mavi yanacaqla təmin olunmur. Yerli əhali odun və digər vasitələrdən  istifadə etməyə məcbur olur.

Daha öncə, Xudatda, Xaçmazda və Qubada qazın olmaması haqqında məlumat vermişdik.