Şimal bölqələrində xilasetmə üzrə təlimlər keçirilib. Bu barədə 28 sentyabr tarixində FHN məlumat yayıb.

FHN-nin xilasediciləri təşkil olunan təlimdə iştirak ediblər. Məqsəd xilasetmə əməliyyatlarına cəlb olunan qüvvələrinin bilik və təcrübəsinin artırılmasıdır.

Təlimdə qəza baş vermiş binada kəşfiyyatın aparılması, alpinist ləvazimatlarından istifadə etməklə yüksəklikdən zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi vəziyyətləri yaradılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə tapşırıqların müvəffəqiyyətlə icra ediblər.

Sonda iştirakçılara müvafiq tövsiyələr verilib.