Xaçmaz rayonunun məktəblərində tədbirlər keçirilib. Bu barədə 27 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xudat şəhərində 1 saylı tam orta məktəbdə Anım gününə həsr olunmuş tədbir baş tutub. Bu məktəbin 4 məzunu şəhid olub.

Digər tədbir şəhərin N.Nərimanov adına 2 saylı tam orta məktəbində 27 sentyabra keçirilib. Görüşdə şəhid anaları, valideyinlər və məktəbin direktoru iştirak ediblər.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına əsasən, Quba rayonundan – 48, Qusar rayonundan – 36, Xaçmaz rayonundan 45 hərbi qulluqçu Şəhid olub.

Foto Shimal.news
Foto Shimal.news