Faktla bağlı cinayət işi başlanılıb
Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə 27 sentyabr tarixində “Report” məlumat verib.
Rayon polis əməkdaşları tərəfindən əməliyyat zamanı şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcov saxlanılıb. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb.