Qusarda koronavirus xəstəsi icazəsiz, müalicə aldığı evi tərk edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testinin nəticəsi pozitiv olub. Həkim ona ev şəraitində müalicə təyin edib. Lakin Məmmədəliyev ünvanı tərk edərək polis tərəfindən saxlanılıb.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər apararaq yaşadığı evə geri qaytarıblar.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.