Qubada Anım günü ilə əlaqədar şagirdlər tədbirlərdə iştirak ediblər. Bu barədə 27 sentyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Məktəblilər Şəhidlər xiyabanını və muzeyini ziyarət ediblər. Onlara igidlərimizin şəxsi əşyaları, şəkilləri, qeyimləri, kitabları və diplomları nümayiş olunub.
Daha sonra, şəhidlər xiyabanında məzarlara gül qoyaraq, vətən uğrunda canını fəda edən hər bir kəsin xatirəsi yad edilib.
