Quba: “Giləki” sinaqoqunda şəhidlərin xatirəsi anılıb

27 Sentyabr 2021, 15:54

Foto açıq mənbələrdən

Dağ yəhudiləri şəhidlərimizin ruhuna dualar oxuyublar

Qubada yaşayan dağ yəhudiləri şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Bu barədə ShimalNews 27 sentyabr tarixində Azərtac-a istinadən xəbər verir.

Qırmızı qəsəbədəki “Giləki” sinaqoqunda tədbir keçirilib. Dağ yəhudiləri dini icmasının nümayəndələri şəhidlərimizin ruhuna dualar oxuyublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin nümayəndələri bildiriblər ki, Vətən müharibəsinin hər günü bizim şanlı tariximizdir. Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə Qafqaz regionunun ən güclü ordusu olduğunu göstərib.

Bundan öncə, yəhudilərin əhəmiyyətli bayramlarından biri olan Roş-Ha-Şana qeyd etdiklərini dərc etmişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.