Xudatda yeni əyləncə məkanı açılıb. Bu barədə məlumat 25 sentyabr tarixində ShimalNews-a daxil olub.
Natavan Xurşudbanu küçəsində “Xudat City Paintball Club”u açılıb. Əldə etdiyimiz məlumata görə, bu şəhərdə ilk peyntbol məkanıdır. Ümumi sahəsi 2250 kv.m təşkil edir. Gələcəkdə ikinci mərtəbə əlavə olunacağı gözlənilir.
Məkan hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Xidmətdən yalnız yaşı 18-dən yuxarı olan şəxslər istifadə edə bilər. Boyalı güllələrin qiyməti: 100 ədəd – 10 manat, 50 ədəd – 5 manat.
Peyntbol (Paintball) ingilis dilindən tərcümədə boyalı top deməkdir. Onu markerlər (pnevmatik oyun silahı) vasitəsilə oynayırlar. Top hədəfə dəydikdə parçalanaraq boya ilə rəngli iz qoyur.
