27 sentyabr-Anım günü ərəfəsində Xaçmaz rayonunda silsilə tədbirlər davam etdirilir. Bu barədə 25 sentyabr tarixində, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən məlum olub.
Magistral yolların kənarında yaşıllıq aksiyasının ilk günü kəçirilib. Sakinlər Xaçmaz-Bakı, Xaçmaz-Quba və Xaçmaz-Xudat yolunun kənarlarına 1000-dən çox yeni Eldar şamı basdırıblar. Ərazi alaq otlarından, daşlardan təmizlənıb.
Aksiyada vətən müharibəsi iştirakçıları, qazilər, könüllülər eləcədə rayon İcra Hakimiyyətinin başçısı, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, təşkilat və müəssisələrin kollektivləri iştirak edib.