Xaçmaz: Tarix-Diyarşünaslıq Muzeyində konfrans keçirilib

25 Sentyabr 2021, 17:17

khachmaz.mctgov.az rəsmi sehifəsindən

Tədbir muzeyin 40 illik yubileyi münasibətilə təşkil olunub

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətə başlamasının 40 illik yubileyi münasibətilə “Biz tarixi yaşadırıq” mövzusunda konfrans keçirilib. Bu haqda 25 sentyabr tarixində AZƏRTAC məlumat yayıb.

Konfransın əvvəlində muzeyin direktoru Pakizə Mehdiyeva muzeylərin cəmiyyətdə rolu və əhəmiyyəti haqqında ətraflı danışıb. Muzeyin ilk yaradıcılarından olan tarixçi Vilayət Əskərov çıxışı zamanı muzeyin yarandığı ilk illərdən maraqlı məlumatlar verib.

Konfransda Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Vətən müharibəsi qazisi, mayor Tariyel Didarov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz filialının sədri Şövlət Dadaşov çıxış edərək, muzeylə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Konfransda muzeyin fəaliyyətinə həsr olunan “Biz tarixi yaşadırıq” adlı videoçarx, Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeylərinin təbrik videoları nümayiş etdirilib.

Şəhid ailələri və müharibə iştirakçıları ilə apardığı mütəmadi iş və əməkdaşlığa, vətənpərvərlik yönümlü tədbirlərin təşkilinə görə muzeyin direktoru Pakizə Mehdiyeva Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz filialı tərəfindən “Vətən naminə” medalı ilə təltif edilib.

Qeyd edək ki,  Xaçmaz Tarix-Diyarşünaslıq muzeyi haqqında məqalə dərc etmişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.