Qubada Cağacıq çay üzərindən kəndləri birləşdirən körpü yararsız haldadır. Bu barədə məlumat 25 sentyabr tarixində ShimalNews-a daxil olub.

Bad və Balagah kəndlərinin sakinləri bildirib ki, məktəb yalnız qonşu Məckə-Xacə kəndində var. Təxmini 4 il öncə sel körpünü yuyub aparıb. Əvəzinə müvəqqəti konstruksiya düzəldiblər. Lakin qış aylarında tez-tez sellər olduğuna görə buradan keçmək olmur.

Daha öncə, Qəçrəş kəndi ilə Üçkün və Küpçal kəndlərini birləşdirən körpü haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news