Quba rayonunda yerləşən termal su mənbələri turizmdə istifadə üçün hazırdır. Bu barədə Shimal.news 25 sentyabr tarixində “Aztv” istinadən xəbər verir.

Hazırda rayonda bir neçə mənbələr mövcüddür. Onlardan biri Şahdağ milli parkın ərazisində yerləşən Cimi isti sudur. Ümumilikdə, parkın Quba hissəsində 13 turizm marşrutu var, Qonaqkənd isti su onlardan biridir. Lakin yol ilə bağlı çətinlik olduğundan bu istiqamət seçənlərin sayı çox azdır. Buranın daimi qonaqları əsasən yerli sakinlərdir.

Quba-Xaçmaz bölgəsində aşkarlanan termal sular mütəxəsisslər tərəfindən analiz olunub və insan sağlamlığı üçün faydalı olduğu üzə çıxıb. Onların sözlərinə görə, bu sular revmatizm, oynaq xəstəlikləri, duzun əriməsində böyük rol oynayır. Bu sulardan həm vanna, həm də içməklə şəfa tapmaq mümükündür.