Xudatda avtomobil qəzası tıxaca səbəb olub. Bu barədə 24 sentyabr ShimalNews-a məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, hadisə “mostun üstü” adlanan ərazidə baş verib. “Qaz 3110” markalı ağ və qara rəngli minik avtomobilləri toqquşub.

Xəsarət alan yoxdur.

Daha öncə, Xudat şəhərində 2 nəqliyyat vasitəsi toqquşması haqqında məlumat vermişdik.