Xaçmazda İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və aparatın məsul şəxsləri 27 sentyabr – Anım günü ərəfəsində şəhid ailələri ilə görüşlərini davam etdirir. Bu barədə 24 sentyabr tarixində məlum olub.
Bu dəfə Maqsudkənd, Seyidlikəndyeri, Nabran, Müzəffəroba, Xaspoladoba, Şıxaput, kəndlərindən, eləcə də Xaçmaz şəhərində şəhid ailələri ilə birlikdə şəhidlərin məzarlarını ziyarət ediblər.
Daha öncə, Xaçmazın mərkəzi kitabxanasının uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Elşən Ağasıyevin məzarını ziyarət etmişdirlər.