Xaçmazda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır. Bununla bağlı COVİD-19-a qarşı vaksinasiya prosesi aparılır. Bu barədə 24 sentyabr ShimalNews-a məlumat daxil olub.

Çağrışla bağlı Xaçmaz rayon şöbəsinə yaxınlaşanların sözlərinə görə, hamı peyvənd olunacaq. Bu səbəbdən xidmətə başlamadan öncə bu proseduru görmək üstün tuturlar.

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam sentyabrın 3-də imzalanıb. Beləliklə, 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması baş tutacaq.

Foto Shimal.news
Foto Shimal.news