Xaçmazda gənclər üçün cüdo məşqləri keçirilir

24 Sentyabr 2021, 16:00

Envato

Yaxşı nəticə göstərənlər ödənişsiz məşq edəcək

Xaçmaz rayonunda cüdo bölməsinə uşaq qəbulu başlanılıb. Bu barədə 24 sentyabr ShimalNews-a məlumat daxil olub.

Məşqlər “Uşaq Gənclər İnkişaf Mərkəzi”nin (tək günlər) və Olimpia kompleksinin zalında (cüt günlər) keçiriləcək. Yaş həddi 7-15 aralığında müəyyən edilib.

Həftədə 6 dəfə məşqdə iştirak edən, nəticə göstərən və uzaq yerdə yaşayan idmançılar üçün məşqlər ödənişsizdir. Ətraflı məlumat üçün 050 562 31 58 nömrəsinə müraciət etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.