Xaçmaz rayonunda yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında fəsadlar müşahidə olunur. Bu barədə 24 sentyabr ShimalNews-a məlumat daxil olub.
Şabran-Xaçmaz istiqamətində ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb. Əraziyə gələn DYP-nin əməkdaşları sayrışan işıqlarla ərazinin mühafizəsini həyata keçiriblər. Bununla təhlükəsizlik təmin olunub.
Daha öncə, Xaçmaz-Xudat yolunda külək fəsadlar törədmişdir.