Xaçmaz rayonunda yerləşən İstisu qəsəbəsinin sakinləri içməli su problemi ilə üzləşiblər. Bu barədə Shimal.news 24 sentyabr tarixində “Space TV” istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, bir neçə il bunnan qabaq su xətti çəkilmişdir, amma boru xəttlərdə nasazlıq yaranıb. Ərazinin borusundan su yere axır. Sakinlər artezian quyusundan maşınla su gətirirlər.
“Space TV” aidiyyəti qurumlara müraciət edib. Bələdiyyənin nümayəndəsi bildirib ki, bu problem 3-4 günə həll olunacaq.
Oxşar hal Qubanın Səbətlər kəndində baş verib. İçməli su ilə problemi yaşanır. Sakinlərin sözlərinə görə İqriq kəndində də 8 aya yaxındır ki, təxminən 150 evə su gəlmir.