Qusarda alma bağlarında məhsulun kütləvi yığımına başlanılıb. Bu barədə 24 sentyabr tarixində məlum olub.
Bağların ilk məhsulu avqust ayında yığılıb. Tezyetişən “Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Granny Smith” sortlarının becərildiyi bağların məhsulu toplanılır. Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarında almanın növləri becərilir. Kütləvi yığım zamanı toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir.
Qusardakı alma bağlarının ümumi sahəsi 4 min hektardır. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul toplanır.