Qubada bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat 24 sentyabr tarixində ShimalNews-a daxil olub.

Molla Pənah Vaqif küçəsində “Nissan Maxima” və “Hyundai Sonata” markalı minik avtomobilləri toqquşub. Qəza yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Xəsarət alan yoxdur.

Daha öncə, Qubada “svetofor” adlanan yerdə qəza baş verdiyini dərc etmişdik.