Qubanın ADPU-nin filialı və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA)  təlim xidmətlərinin göstərilməsi haqqında əməkdaşlıq müqaviləsini imzalayıblar. Bu barədə Azərtac məlumat verib.

TKTA-nın ekspertləri daxili və xarici keyfiyyət təminatı, strateji idarəetmədə keyfiyyət təminatına dair bir sıra təlimləri keçirəcəklər. Həmçinin məqsəd daxili monitorinq sisteminin qurulmasına dair geniş məlumat verməkdir.

14 avqust tarixində Quba ADPU filialı tərbiyəçi müəllimlər üçün təlimlərin keçirilməsinə başlamışdır.