Xaçmazda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb. Bu barədə 23 sentyabr tarixində məlum olub.
Xəzərin sahil zolağında fəaliyyət göstərən “Bulaq” və “Üç Qardaş” istirahət mərkəzləri tullantı sularının dənizə axıtdıqları müəyyən edilib.
Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.
Faktlarla bağlı təqsirkar şəxslərə məcburi göstərişlər verilib və onlar barəsində qanunauyğun tədbirlər görülüb.