Hadisə Nərəcan kəndində baş verib
Xaçmaz sakini narkotiklə tutulub. Bu barədə 23 sentyabr tarixində məlum olub.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Nərəcan kənd sakini R.Yaqubov saxlanılıb.
Axtarış zamanı ondan 2 kiloqram 675 qram marixuana aşkarlanıb və kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb.
Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Daha öncə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilmişdir.