Şəhid Çingiz Qurbanovun xatirəsinə həsr olunub
Qusarda mini futbol turniri keçiriləcək. Bu barədə İnstagram sosial şəbəkəsində xəbər yayılıb.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş mini futbol turniri baş tutacaq.
Yarışda 14-17 yaş arası gənclər iştirak edə bilərlər. İştirak edən gənclərə sertifikat veriləcək, ilk 3 yerin sahibinə isə medallar və kubok təqdim olunacaq. Turnirdə 12 komanda mübarizə aparacaq.
Qeydiyyat üçün əlaqə nömrə: 050 872 04 54
Son müraciət tarixi: 27.09.2021