Quba şəhəri 2 nömrəli məktəb-liseyində inklüziv sinif təşkil olunub. Bu barədə Təhsil İnstitutu 23 sentyabr məlumat verib.
İlk dərs 22 sentyabr tarixində keçirilib. Uşaqlar məktəb həyatına başlayaraq cəmiyyətə inteqrasiya və təhsildə potensiallarını reallaşdırmağa ilk addım atıblar.
İnklüziv təhsil yalnız əlilliyi olan uşaqlar üçün yox, bütün şagirdlərə keyfiyyətli təhsil verilməsi məqsədi daşıyır.
2021-2022-ci tədris ilində ölkə üzrə 8 ümumtəhsil müəssisəsində yeni təşkil olunan inklüziv siniflərdə 16 uşaq təhsilə cəlb edilib.
Bu layihə “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlanır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək olmaq və inklüziv təhsil sahəsində məktəblərdə kadr potensialını artırmaqdır.