Quba və Xaçmaz rayonlarının bir sıra kəndlərində qazın verilməsi ilə bağlı problemlər yaşanır. Bu barədə 23 sentyabr tarixində məlum olub.

Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində təbii qaz problemi var. Sakinlərin sözlərinə görə, min nəfərdən çox yaşadığı məntəqənin əhalisi mavi yanacağın olmamasından narazıdılar. “Azəriqaz” İB bildirib ki, gələn ilin birinci rübündə yaşayış məntəqəsi qazla təmin ediləcək.

Oxşar hal Xaçmaz rayon Qaraçı kəndində müşahidə olunur. Qaz xəttinin çəkilməsi və sayğacın olduğuna baxmayaraq, sakinlər mavi yanacağın verilmədiyini bildiriblər.

Qubanın Vəlvələ və İdrisqışlaq kəndlərində isə sakinlər əraziyə qaz çəkilməsini istəyirlər. Onlar bildiriblər ki, istifadə etdikləri odunu əldə etmək çətindir.