Xaçmazın mərkəzi kitabxanasının uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidi Elşən Ağasıyevin məzarını ziyarət ediblər. Tədbir onun ad günü münasibəti ilə bu gün, 22 sentyabr tarixində keçirilməsi barədə Shimal.News-a məlumat daxil olub.

Elşən 03.10.2020-ci il tarixində Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanaraq şəhidlik zirvəsinə ucalıb. O, Xaçmaz rayon qəbirstanlığında torpağa tapşırılıb.

15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.