Xaçmazda qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barərə 22 sentyabr tarixində məlum olub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanun pozucularının Bakı şəhər sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən olunub. Keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar edilib.

Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb. Faktla bağlı protokol tərtib olunub və qanunauyğun tədbir görülüb.

Daha öncə, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılmışdır.