Xaçmazda qəza nəticəsində 11 yaşlı uşaq ölüb. Bu barədə 22 sentyabr tarixində məlum olub.

Mirzəməmmədqışlaq kəndi ərazisində Abşeron rayon sakini C.Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən kənd sakini, 11 yaşlı Bahəddin Səfərəliyevi vurub. Nəticədə uşaq xəstəxanada vəfat edib.

RPŞ tərəfindən araşdırma aparılır.