Qubada 24 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin təşkilatçılığı ilə təlim keçiriləcək. Bu barədə Facebook sosial şəbəkəsində xəbər yayılıb.

Aysel Şeydayevanın təqdimatında keçirilən “Nitq mədəniyyəti” adlı təlimdə,düzgün danışıq qaydalarını, natiqlik sənətinin sirlərini öyrənmək, bu sahədə yaranan suallarınıza cavab tapmaq üçün görüştə iştirak edə bilər.

Təlim saat 14:00-da Quba ASAN mərkəzində keçiriləcək.

İştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan linkə daxil ola bilərlər: linktr.ee/qubagikm