Şimal bölgəsində bu il üçün 5834 kub metr oduncaq tədarük olunub. Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi məlumat verib.

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan 92 kəndin əhalisi oduncaq tədarükünü davam etdirir.

Qubanın 30 kəndinə 2620 kub metr, Qusarın 12 kəndinə 688 kub metr, Xaçmazın 13 kəndinə 1133 kub metr oduncaq tədarük olunub.

Daha öncə, oduncaq tədarük olunacaq meşə əraziləri haqqında məlumat verilmişdir.