Quba-Xaçmaz yolunun üzərindəki körpüdə avtomobillər hərəkət etməyə başlayıb. Bu barədə 22 sentyabr ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, təxmini 7 ay ərzində çınqıl yolla hərəkət edirdilər. Bu nəqliyyat vasitələrinin qediş-gəlişinə maneə yaradırdı. Sürücülər körpünün açılışını səbirsizliklə gözləyirdilər.

Bundan sonra körpünün sol və sağ qolları inşa ediləcək. Yaxın müddətdə işlərin yekunlaşması gözlənilir.

Daha öncə, sözü gedən Quba-Xaçmaz yolunun tikinti prosesi haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news