Xudatda magistral yoldakı dairənin təmiri aparılır. Bu barədə 21 sentyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Mərkəz yolda yerləşən “Xudat dairəsində” bu gün yenidənqurma işlərinə start verilib. Tikinti ətrafında təhlükəsizlik üçün mühfizə lenti çəkilib.

Daha öncə, Qusarda şəhər yollarının və səkilərin təmir işləri üçün vəsait ayrıldığı barədə məqaləmiz dərc olunmuşdur.