Xaçmazda şəhid məzarlarına ziyarət olunub. Bu barədə 21 sentyabr tarixində məlum olub.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə görüşlərini davam etdirir. Bu dəfə Canaxır, Qaradağlı, Hülövlü, Çarxı və Məmmədxanlı kəndlərindən olan şəhidləri yad edib.
İcra başçısı bildirib ki, şəhidlərin göstərdikləri şücaətə görə orden və medallarla təltif olunublar. Xaçmaz rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün müxtəlif küçələrə qəhrəman oğulların adı verilir.
Daha öncə, 18 sentyabr tarixində Xaçmazda şəhid ailələri ziyarət olunmuşdur.