Xaçmaz rayonunda ev quşlarının peyvənd vaxtıdır

21 Sentyabr 2021, 14:28

Foto Shimal.news

“Çiçək” və “Nyukasl” xəstəliklərinin qarşısını almaq üçün

Xaçmaz rayonunda payız fəslində ev quşları kütləvi xəstəliklərə yoluxur. Bu barədə 21 sentyabr ShimalNews-a məlumat daxil olub.

Fermerlərin sözlərinə görə, ən çox zərəri “Çiçək” və “Nyukasl” xəstəlikləri törədirlər. Vaxtında peyvənd və müalicə olunmadıqda quşlar kütləvi tələf olur. Bu qış vaxtı toyuq məhsullarının bahalaşmasının səbəblərindən biridir.

Nyukasl (Newcastle) xəstəliyinin ümumi simptomları: yüksək temperatur, iştahsızlıq, içməkdən imtina, hərəkətlilik, apatiya, yuxululuq, göz bulanması, selikli axıntı vs.

Çiçək xəstəliyi (Difteriya) xəstəliyinin ümumi simptomları: quşların dərisində qırmızı ləkələr, zəiflik və letarji müşahidə edilə bilər. Yoluxmuş toyuqlarda udma prosesi çətin olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.