Qubanın Xınalıq kəndi müsabiqədə iştirak edir. Bu barədə 21 sentyabr tarixində Dövlət Turizm Agentliyi məlumat verib.

Ümumdünya Turizm Təşkilatı (United Nations World Tourism Organization – UNWTO) “Ən yaxşı turistik kənd” layihəsini irəli sürüb. Burada əsas məqsəd kənd ərazilərdə turizmin inkişafıdır.

Seçimin nəticələri bu ilin sonunadək elan olunacaq. Qalib kəndlər modernləşmə proqramına daxil ediləcək.